http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

14 Sentyabr 2024 , 12:05
Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin fəaliyyət planına uyğun olaraq, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Azərbaycan Ordusunun qoşun (qüvvə) növü, baş idarə, birlik və birləşmələrinin hüquqşünasları, təhqiqat xidmət (bölmə) rəisləri, təhqiqatçılar və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.
"Operativ Media" xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təlim-metodiki toplanışda çıxış edən Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyev cari il ərzində hərbi hissələr üzrə hərbi qulluqçuların hüquq hazırlığının təşkili, hüquqi sənəd layihələrinin hazırlanması və digər tədbirlər haqqında geniş söhbət açıb.
Toplanışda hərbi intizamın daha da möhkəmləndirilməsi, qanun pozuntularına yol verilməməsi, şəxsi heyətə  beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri, həmçinin silahlı münaqişə dövründə onların tətbiq edilməsinin əhəmiyyətinin çatdırılması istiqamətində görülən işlərdən danışılıb, bu istiqamətdə qarşıda duran vəzifələr, perspektiv planlar müzakirə edilib.
Həmçinin hərbi hissələrdə hüquq hazırlığının daha səmərəli təşkili, hərbi qulluqçuların hüquqi cəhətdən maarifləndirilməsi və digər mövzular üzrə məruzələr dinlənilib.   
Toplanış iştirakçılarının hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsi məqsədilə keçirilən təlim-metodiki toplanışda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb

Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb

Xocavəndin hərbi komissarı həbs edilib

Xocavəndin hərbi komissarı həbs edilib

Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb

Yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən ediləcəyi tarix açıqlanıb

XƏBƏR LENTİ
  • 00:32

    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
    XİN: Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir
  • Dünən
    23:41

    Zelenski Almaniyanın Prezidenti ilə görüşüb
  • Dünən
    23:33

    Rusiya Aerokosmik Qüvvələri Suriyada silahlıların iki bazasına zərbələr endirib
  • Dünən
    23:16

    “Milton” qasırğası nəticəsində ölənlərin sayı artıb
  • Dünən
    22:59

    Rusiya FHN Ukraynaya məxsus PUA-nın hücumuna məruz qalıb
  • Dünən
    22:47

    Fernandu Santuş: "İlk qolu buraxdıqdan sonra komanda da ruh düşkünlüyü yarandı"
  • Dünən
    22:39

    BMT: İsrailin hücumları bütün beynəlxalq hüquqa əsaslanan nizama təsir edir
  • Dünən
    22:18

    Yalçın Rəfiyev Kiçik Ada Dövlətləri Alyansının nümayəndələri ilə görüşüb
Menyu