Menyu

Bakıda mənzildə köməksiz qalan 2 azyaşlı xilas olunub

Bakıda mənzildə köməksiz qalan 2 azyaşlı xilas olunub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Ceyhun Həsənov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə onaltımərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar - 2018-ci il təvəllüdlü Y.Axundzadəni və 2021 ci il təvəllüdlü A.Axundzadəni xilas edərək ailə üzvlərinə təhvil veriblər.

Teqlər:

"Bak\u0131da m\u0259nzild\u0259 k\u00f6m\u0259ksiz qalan 2 azya\u015fl\u0131 xilas olunub"

Əlaqəli Xəbərlər