Menyu

Yanvar-avqust aylarında müavinətlər üzrə 716 milyon manat, Prezident təqaüdləri üzrə 459 milyon manat ödənilib

Nərmin Qocamanlı
Yanvar-avqust aylarında müavinətlər üzrə 716 milyon manat, Prezident təqaüdləri üzrə 459 milyon manat ödənilib

Bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 494 min nəfər müavinət, 400 min nəfər Prezidentin aylıq təqaüdü ilə təmin edilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, əhaliyə müavinətlər üzrə 716 milyon manat, Prezident təqaüdləri üzrə isə 459 milyon manat ödənilib.

Cari ilin 8 ayında 101 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 671 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər