Ayxan Abbasov 200-ə çatan 13-cü baş məşqçi oldu
Əziz Əzizli
Azərbaycan Premyer Liqasının VI turu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub.
"Operativ Media" xəbər verir ki, 43 yaşlı mütəxəssisin Azərbaycan çempionatlarında baş məşqçi kimi 200-cü dəfə komandasını meydana çıxarıb. Bu, “Sumqayıt”la qarşılaşmaya (1:0) təsadüf edib.
Abbasov karyerası ərzində dörd klubda çalışıb. O, Premyer Liqada “Zirə”ni 44, “Sumqayıt”ı 79, “Turan Tovuz”u 72, “Şamaxı”nı 5 görüşə çıxarıb. Mütəxəssisin komandaları 67 qələbə qazanıb, 55 heç-heçə edib və 78 dəfə uduzub.
Qeyd edək ki, Abbasov Azərbaycan çempionatları tarixində 200 və daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssisdir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net