Menyu

"Bavariya"nın müdafiəçisi bir neçə həftəlik sıradan çıxdı

Əziz Əzizli
"Bavariya"nın müdafiəçisi bir neçə həftəlik sıradan çıxdı
1 dəq oxu

"Bavariya"nın "Qalatasaray"dan transfer etdiyi Saşa Boey zədələnib.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Alman nəhəngi bazar günü məşqdə zədələnən sağ cinah müdafiəçisinin sol dizində menisk yırtığı aşkarlandığını bildirib.

"Bavariya" Saşa Boeyin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Əlaqəli Xəbərlər