Menyu

Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi

Əziz Əzizli
Hakimlər Komitəsinin sədri "Sabah" - "Turan Tovuz" oyunu bağlı açıqlama verdi

AFFA Hakimlər Komitəsinin sədri De Bleker "Sabah" - "Turan Tovuz" oyununun son dəqiqələrində yaşanan epizodla bağlı açıqlama verib.

"Operativ Media" xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.

“Sabah” – “Turan Tovuz” oyununun 90+4-cü dəqiqəsində “Turan Tovuz” komandasının künc zərbəsi zamanı köməkçi hakim qapı xətti üzərində, künc bayrağının arxasında dayanmışdır. 

Köməkçi hakimin mövqeyi düzgün idi. O, künc zərbələri zamanı həmin mövqedə olmalıdır. 

Oyun künc zərbəsindən bərpa olunan zaman köməkçi hakim topun meydanı tərk etdiyini görür və hücüm bitdikdən sonra bayrağını qaldıraraq, baş hakimə işarə verir. (Var Protokoluna əsasən, yan xətt hakimi hücum yekunlaşdıqdan sonra bayrağı qaldırmalıdır.)

Baş hakim işarəni görüb qapıdan zərbə qərarını verir. 

Qapı xətti üzərində kamera olmadığına görə (görüntü olmadığına görə), VAR hakimi verilən qərarı təsdiqləyir.

Yekunda köməkçi hakimin verdiyi qərarı baş hakim və VAR təsdiqləyir.

VAR yalnız aşkar səhv olduqda müdaxilə etməlidir".

Qeyd edək ki, "Turan Tovuz" son dəqiqələrdə künc zərbəsi zamanı qol vursa da, yan xətt hakimi topun çöldən gəldiyini bildirirək qolu qeydə almamışdı.

Teqlər:

"Hakiml\u0259r Komit\u0259sinin s\u0259dri \"Sabah\" - \"Turan Tovuz\" oyunu ba\u011fl\u0131 a\u00e7\u0131qlama verdi"

Əlaqəli Xəbərlər