http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib

16 Sentyabr 2024 , 23:31
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib

Özbəkistan Cüdo Federasiyasının prezidenti Azizjon Komilov Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və icraçı vitse-prezident Rəşad Rəsullu ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, milli komandalar üçün təlim-məşq mərkəzində baş tutan görüşdə qonağa idmançılar üçün yaradılmış müasir şərait haqqında, həmçinin federasiyanın ölkəmizdə cüdo idman növünün inkişafı üçün həyata keçirdiyi işlər və layihələr haqqında məlumat veriblər.

Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışlarının təşkili və hər iki ölkədə cüdonun inkişafını gücləndirmək üçün əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin, müasir məşqçilik metodları üzrə təcrübə mübadiləsi və idmançıların inkişaf proqramları əsas əməkdaşlıq sahələri kimi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası və Özbəkistan Cüdo Federasiyası arasında 2022-ci ilin oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumuna əsasən indiyə qədər 5 qarşılıqlı birgə təlim-məşq toplanışı keçirilib və hər iki ölkədə reallaşan beynəlxalq yarışlarda idmançıların iştirakı təmin edilib

OXŞAR XƏBƏRLƏR
UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib

UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib

"Neftçi" isveçli mütəxəssislə yollarını ayırdı

"Neftçi" isveçli mütəxəssislə yollarını ayırdı

"Kəpəz" portuqaliyalı müdafiəçi ilə gücləndi

"Kəpəz" portuqaliyalı müdafiəçi ilə gücləndi

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu