Menyu

"Neftçi"nin doğma stadionuna qayıdacağı tarix bilindi

Əziz Əzizli
"Neftçi"nin doğma stadionuna qayıdacağı tarix bilindi

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Neftçi”nin “Turan-Tovuz”la ev oyunundan (0:0) sonra qazonun bərbad vəziyyətdə olması səbəbindən paytaxt klubunun stadionu təmirə bağlanıb.

"Operativ Media" xəbər verir ki, “Neftçi Arena”ya qayıdış VII turda Ağdam “Qarabağ”ı ilə oyunda baş tutmalı olsa da, sentyabrın 20-nə kimi işlər tamamlanmayıb və matç “Azərsun Arena”ya keçirilib.

Paytaxt klubu MPL-in 8-ci turunun “Sumqayıt”la oyununun sentyabrın 28-də təmirdən çıxmış “Neftçi Arena”da baş tutacağını bildirib. Qazon üzərində aparılan işlərlə yanaşı, tribunaların rəngləri dəyişdirilərək klubun klassik ağ-qarasına çevrilib.

Teqlər:

"\"Neft\u00e7i\"nin do\u011fma stadionuna qay\u0131daca\u011f\u0131 tarix bilindi"

Əlaqəli Xəbərlər