Menyu

Naxçıvanın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Nərmin Qocamanlı
Naxçıvanın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
1 dəq oxu

Sabah Naxçıvan şəhərində saat 18:00-dan 19:00-a dək 110/10 kilovoltluq "Koroğlu" yarımstansiyasından qidalanan 10 kilovoltluq elektrik verilişi xəttində təmir işləri aparılacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, təmir işləri ilə əlaqədar Nəsirəddin Tusi küçəsində, Saat Meydanı Turistik İstirahət Mərkəzi, "Grand" Hotel, Maliyyə Nazirliyi, Naxçıvan Şəhər Polis İdarəsi, Qaz İstismar İdarəsi və Fövqəladə Hallar Nazirliyinin inzibati binalarında elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Əlaqəli Xəbərlər