Ana səhifə / İdman / ÇL: PSJ qələbə qazandı, "Mançester Siti" heç-heçə etdi ÇL: PSJ qələbə qazandı, "Mançester Siti" heç-heçə etdi 19.09.2024, 06:07 Əziz Əzizli Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turunun növbəti oyunları keçirilib. "Operativ Media" xəbər verir ki, tarixində ilk dəfə turnirdə mübarizə aparan “Bolonya” azarkeşləri önündə “Şaxtyor”la (Donetsk) qolsuz bərabərə qalıb. “Mançester Siti” birinci turda “İnter”lə heç-heçə edib, PSJ isə “Jirona”ya son dəqiqələrdə vurulan qolla qalib gəlib. UEFA Çempionlar Liqası Liqa mərhələsi, I tur 18 sentyabr Bolonya (İtaliya) – Şaxtyor (Donetsk, Ukrayna) 0:0 Sparta (Çexiya) – Zalsburq (Avstriya) 3:0 Qollar: K.Kayrinen, 2, V.Olatunyi, 42, Q.Laçi, 58 Seltik (Şotlandiya) – Slovan (Slovakiya) 5:1 Qollar: L.Skels, 17, K.Furuhaşi, 47, A.Engels, 56 (pen.), D.Maeda, 70, A.İda, 86 – K.Vimmer, 60 Brügge (Belçika) – Borussiya (Dortmund, Almaniya) 0:3 Qollar: C.Gittens, 76, 86, S.Girassi, 90+6 (pen.) Mançester Siti (İngiltərə) – İnter (İtaliya) 0:0 PSJ (Fransa) – Jirona (İspaniya) 1:0 Qol: P.Qassaniqa, 90 (avtoqol) Teqlər: "\u00c7L: PSJ q\u0259l\u0259b\u0259 qazand\u0131 \"Man\u00e7ester Siti\" he\u00e7-he\u00e7\u0259 etdi"