Menyu

Şahmat Olimpiadası: Azərbaycan milliləri Qazaxıstanla qarşılaşıb

Əziz Əzizli
Şahmat Olimpiadası: Azərbaycan milliləri Qazaxıstanla qarşılaşıb

Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında VII tur başa çatıb. 

"Operativ Media" xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan komandası Qazaxıstan üzərində 3-1 hesablı qələbə qazanıb. Aydın Süleymanlı və Məhəmməd Muradlı bu tur rəqiblərini məğlub edib. Nicat Abasovla Rauf Məmmədov heç-heçəylə kifayətlənib.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi eyni hesabla Qazaxıstana uduzub 1-3. Günay Məmmədzadə və Gövhər Beydullayeva heç-heçə oynayıb. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova məğlubiyyətlə barışmalı olub.

Qeyd edək ki, olimpiada sentyabrın 22-də yekunlaşacaq

Teqlər:

"\u015eahmat Olimpiadas\u0131: Az\u0259rbaycan millil\u0259ri Qazax\u0131stanla qar\u015f\u0131la\u015f\u0131b"

Əlaqəli Xəbərlər