13 Yanvar 2023, 15:40
Özbəkistanın əhalisi 36 milyonu ötüb
Özbəkistanın əhalisi 36 milyonu ötüb şəkil
Özbəkistanın əhalisi 36 milyonu ötüb

Yanvarın 1-də Özbəkistan əhalisinin sayı 36 milyon 24 min 946 nəfərə yüksəlib.

"Operativ Media" xəbər verir ki, Özbəkistan Dövlət Statistika Agentliyindən verilən açıqlamada 2022-ci il yanvarın 1-də 35 milyon 271 min 346 olan əhalinin 1 yanvar 2023-cü il tarixinə 36 milyon 24 min 946 nəfərə çatdığı bildirilib. Beləliklə, ölkə əhalisinin 753,6 min nəfər artdığı qeydə alınıb.

Məlumat verilib ki, ölkə əhalisinin 18 milyon 335,7 min nəfəri şəhərlərdə, 17 milyon 689,2 min nəfərinin isə kənd yerlərində yaşayır.

Açıqlamada əhalinin 18 milyon 128 min 578 nəfərinin kişi, 17 milyon 896 min 368 nəfərinin qadın olduğu bildirilib.

Qeyd edək ki, Özbəkistan Müstəqil Dövlətlər Birliyində "əhalisi ən gənc və sürətlə artan ölkə" mövqeyindədir.

Son xəbərlər
Çexiyada nümayiş zamanı döyüş maşını aşıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
19 Yanvar 2025, 13:07
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib