Menyu

Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir

Əziz Əzizli
Avropanın nəhəng klubları Meyson Qrinvudu transfer etmək istəyir

"Marsel"də uğurlu performans sərgiləyən Meyson Qrinvud tezliklə komandanı tərk edə bilər.

"Operativ Media" xəbər verir ki, Avropanın nəhəng klubları ingiltərəli vingeri transfer etmək istəyir.

"Real", "Barselona", "Bavariya" və PSJ 22 yaşlı ön xətt oyunçusunun çıxışını yaxından izləyir. Bu klublar qışda futbolçunu transfer etmək üçün hazırlıq görür.

Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu mövsümün əvvəlində "Mançester Yunayted"dən transfer edib. İngiltərə millisinin sabiq üzvü Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Fransa klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Teqlər:

"Avropan\u0131n n\u0259h\u0259ng klublar\u0131 Meyson Qrinvudu transfer etm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər