Ukraynanın Dnepr şəhərində çoxmərtəbəli binanın dünən atəşə tutulması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko Telegram-da məlumat verib.
"Səhər saatlarında Dneprdə öz evində Rusiya raketi ilə həlak olan 18 nəfər var. 73 yaralı - onlardan 40-dan çoxu xəstəxanadadır, 4-ü reanimasiyada – ağır vəziyyətdərir. Xilasetmə əməliyyatı davam edir. 40-dan çox insanın taleyi insanlar naməlum olaraq qalır" deyə yazıb.
***
09:37
Rusiya ordusunun Ukraynanın Dnepr şəhərində hündürmərtəbəli binaya raket hücumu nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko bildirib.
Onun sözlərinə görə, xilasedicilər dağıntılar altından 38 nəfəri çıxarıb. Axtarış əməliyyatı davam etdirilir.
Qeyd edək ki, çoxsaylı insan tələfatı ilə əlaqədar yanvarın 15-dən şəhərdə 3 günlük matəm elan edilib.