Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq olan yolları açıqlayıb.
Mərkəzdən "Operativ Media"ys verilən məlumata görə, hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:
1. Binəqədi şosesi, hər iki istiqamətdə;
2. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə;
3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmə, hər iki istiqamətdə;
4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. "3 mkr dairəsi"-də;
6. "20 Yanvar" dairəsində;
7. Tbilisi prospekti, hər iki istiqamətdə;
8. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
9. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
10. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;
11. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
12. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
13. Həsənoğlu küçəsi, Heydər Əliyev prospekti ilə kəsişmədən Fətəli xan Xoyski prospekti istiqamətində;
14. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər);
15. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
16. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
17. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
18. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
19. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
20. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.