
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton xidməti vasitəsilə 2022-ci ildə 212,6min şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesabları açılıb.
"Operativ Media"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə,2020-ci ilin yanvar ayında istifadəyə verilən bu e-xidmət ilk dəfə işə başlayan şəxslə bağlıəmək müqaviləsi bildirişi e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik şəkildə SSN açılmasına imkan verir.
Ötən dövrdə həmin e-xidmət vasitəsilə 600 minə yaxın şəxsə sosial sığorta nömrəsiverilməklə proaktiv qaydada fərdi şəxsi hesab açılıb.
Bununla da onların sosial sığorta sistemində iştirakı təmin edilərək fərdi şəxsi hesablarındagələcək sosial təminatı üçün pensiya kapitalı toplamalarına şərait yaradılıb