19 Yanvar 2023, 12:14
ƏƏSMN: 20 Yanvar əlillərinin pensiyalarının orta aylıq məbləği 80 faiz artıb
ƏƏSMN: 20 Yanvar əlillərinin pensiyalarının orta aylıq məbləği 80 faiz artıb şəkil
ƏƏSMN: 20 Yanvar əlillərinin pensiyalarının orta aylıq məbləği 80 faiz artıb

20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanşəxslərin sosial müdafiəsi üçün məqsədyönlü işlər aparılır.

1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarınınailələrinin, hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlətimiz tərəfindəndaim diqqətdə saxlanılır.

Ümummilli Lider Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri adı təsis olunub,20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların sosialtəminatla əhatə olunması üçün mühüm tədbirlərə başlanıb. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində digər həssas qruplar kimi,həmin kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsi ildən-ilə daha da gücləndirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvarşəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 139 mənzil, 20Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib. Onlara yönələn sosial ödənişlərinin davamlı olaraq artırılması təmin edilir.

2023-cü ilinəvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində də Prezidentin aylıq təqaüdü20 Yanvar şəhidinin ailəsi üçün 600 manata çatdırılıb ki, bu da son beş ildə həmin təqaüdünməbləğinin 2,5 dəfə artdığını göstərir.Eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıqtəqaüdü bu ilin əvvəlindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330manata, əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və150 manata çatdırılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğagörə Prezidentin aylıq təqaüdü də artırılaraq bu ilin 1 yanvarından 100 manat müəyyənolunub.

Beləliklə, son beş ildə Prezident təqaüdü 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyiolanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyiolan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə həmin dövrdə3 dəfədən çox artıb.

20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin pensiyalarınınorta aylıq məbləği də son üç ildə 80 faiz artıb. Həmin şəxslərin reabilitasiya xidmətləri ilətəminatı həyata keçirilir. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailə üzvlərindən yaşa görəəmək pensiyası təyin olunanların pensiyası üzərinə əlavə də hesablanıb. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri iləəlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.

Son xəbərlər
Ermənistan MSK Avropaya inteqrasiya ilə bağlı toplanmış imzaları etibarlı sayıb
İlham Əliyev: Bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvaram
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
Nobel mükafatı laureatlara təqdim edilib
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
10.Dekabr.2024, 17:18
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Azərbaycan II Liqası: "Qusar" səfərdə, "Hypers Guba" evdə qalib gəldi