Güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq

Nərmin Qocamanlı
Güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq

Sabahdan Azərbaycan ərazisində güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq.

Bu barədə “Operativ Media”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 11-i gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 15-20 m/s olacaq.

Azərbaycan rayonlarında isə oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var

Digər xəbərlər