"Qarabağ"ın müdafiəçisi 100-ə çatdı
Əziz Əzizli
Elvin Cəfərquliyev “Qarabağ”ın heyətində 100-cü çempionat matçına çıxıb.
"Operativ Media" xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XIII turunda baş verib. 24 yaşlı müdafiəçi “Zirə” ilə ev qarşılaşmasına start heyətində başlayıb.
Onun Ağdam klubunda debütü 2021/22 mövsümünə təsadüf edib. Elvin 100 qarşılaşmada 8 qola imza atıb.
Qeyd edək ki, “Qarabağ” “Zirə” ilə görüşdə 4:0 hesabı ilə qalib gəlib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net