Zaqatala rayonundakı 15 otaqlı evdə başlayan yanğın söndürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Muğanlı kəndində ümumi sahəsi 480 m² (hər mərtəbəsi 240 m²) olan ikimərtəbəli evin ondulindən ibarət dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və qismən içərisindəki əşyalar yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının ilkin ehtimala görə, elektrik naqillərində qısa qapanmadan baş verdiyi müəyyən edilib. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir", - deyə məlumatda qeyd olunub.
***
17:12
Zaqatalada ikimərtəbəli 15 otaqdan ibarət fərdi yaşayış evi yanıb.
"Operativ Media" FHN-nin saytına istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayon Muğanlı kəndində kənd sakini İbrahim Həsən oğlu İbrahimova məxsus, ümumi sahəsi 480 kv.m olan ikimərtəbəli və 15 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin ( FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsində olan 9 otağın yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Birinci mərtəbədəki 6 otaq və ev əşyaları yararsız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.