Rusiya prezidenti Vladimir Putin yenilənmiş nüvə doktrinasını təsdiqləyib. Putin bununla bağlı fərman imzalayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Doktrinanın əsas prinsipləri bunlardır:
Nüvə silahı ölkənin suverenliyini qorumaq üçün son çarədir. Eyni zamanda, yeni hərbi təhdidlərin və risklərin yaranması ilə əlaqədar, Rusiya nüvə silahından istifadəyə icazə verən parametrləri dəqiqləşdirir. Qeyri-nüvə dövlətinin digər bir nüvə dövlətinin dəstəyi ilə Rusiyaya qarşı təcavüzü birgə təcavüz kimi qiymətləndirilir. Bundan əlavə, Rusiya ona qarşı kütləvi qırğın silahının tətbiqinə cavab olaraq nüvə silahından istifadə hüququnu özündə saxlayır.