Menyu

XRİTDX: Xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb

Nərmin Qocamanlı
XRİTDX: Xüsusi hədəflənmiş kiberhücumların qarşısı alınıb
1 dəq oxu

İlin üçüncü rübü ərzində XRİTDX tərəfindən 828 kiberhücum indikatoru müəyyən edilib.

Üçüncü rüb ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 828 kiberhücum indikatoru müəyyən edilib.

XRİTDX-dən "Operativ Media"ya verilən məlumata görə, sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb.

Bu kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

 

pages-3450389-4684429.jpg

Əlaqəli Xəbərlər