23 Yanvar 2023, 19:31
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilib
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilib şəkil
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilib

Masallıda narkotikin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Masallı şəhəri ərazisində hərəkətdə olan VAZ-2106 markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini E.Ağayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, E.Ağayevin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.Sözügedən inzibati xətanı il ərzində təkrar törətdiyi üçün məhkəmənin qərarı ilə E.Ağayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla cərimə olunub.

Son xəbərlər
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb
Qvardiola Vengerin uğurunu təkrarladı
XİN rəhbərliyi və əməkdaşları 20 Yanvar Şəhidlərinin xatirəsini anıblar
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
Azərbaycanlı MMA döyüşçüsü yeni təşkilatla anlaşdı
Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın baş verib
 Türkiyə parlamentinin sədri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib