23 Yanvar 2023, 20:13
Qəbələdə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
Qəbələdə yol qəzası baş verib.
"Operativ Media" APA-nın yerli bürosuna istinadən xəbər verir ki, yol qəzası bu gün Qəbələnin Nic qəsəbəsində qeydə alınıb.
Hadisə nəticəsində Şəki şəhər sakini 1986–cı il təvəllüdlü Saatov Ruslan Saleh oğlu, Şəki şəhər sakini 1973-cü il təvəllüdlü Mustafayev Seyran Mürsəl oğlu, Oğuz rayon sakini 1986-cı il təvəllüdlü Həsənov Cavidan Elməddin oğlu və Oğuz sakini 1978-ci il təvəllüdlü Əhmədov Bəhruz Asif oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.