24 Yanvar 2023, 10:20
Peşə-Əmək Reabilitasiya Mərkəzində göstərilən xidmətləri sayı açıqlanıb
Peşə-Əmək Reabilitasiya Mərkəzində göstərilən xidmətləri sayı açıqlanıb şəkil
Peşə-Əmək Reabilitasiya Mərkəzində göstərilən xidmətləri sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzində 2022-ci ildə 603 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, onlardan əlilliyi olan 420 gənc komputer istifadəçisi, komputer dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, aşpaz köməkçisi, xalçaçılıq, rəssamlıq, kulinariya

və s. peşə hazırlığı kurslarında olub. Digərləri isə sosial reabilitasiya xidmətləri ilə təmin edilib.

Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar. Hazırda Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 212 nəfərinpeşə və sosial reabilitasiya kursu davam edir. İndiyədək ölkəmizin bütün bölgələri üzrə 2600 gənc həmin mərkəzdə peşə və sosial reabilitasiya kursu keçib

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb