13 Dekabr 2024, 15:59
Azərbaycanda hərbi xidmət müddətinin 1 ilə endirilməsi müzakirə olunur
Hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi bizdə müzakirə edilir.
Azərbaycanda hərbi xidmət müddətinin 1 ilə endirilməsi müzakirə olunur şəkil
Azərbaycanda hərbi xidmət müddətinin 1 ilə endirilməsi müzakirə olunur

"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.

O bildirib ki, əsas məqsədimiz bütün sui-istifadə hallarının qarşısının alınmasıdır: “Çağırışın ancaq elektron qaydada olması, bütün qərarların bildirilməsi nəzərdə tutulur. Bu da şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ancaq hərbi xidmət müddətinin azaldılmasında başqa bir yol fikirləşirik. Burada ali təhsillilərlə orta təhsillilər fərqləndirilir. Ali və orta təhsillini fərqləndirmək düzgün deyil. Onların bərabərləşdirilməsi lazımdır. Konstitusiyada yazılıb ki, hər kəs hərbi xidmətdən keçməlidir, orada ali təhsil, orta təhsil fərqləndirilməyib. Amma biz buna hələ hazır deyilik. Bu layihə qəbul olunduqdan sonra o istiqamətdə təkliflərə baxa bilərik”.

Son xəbərlər
Zelenski Avropa ölkələrinə müraciət edib
UEFA AL: "Qarabağ" FCSB-yə məğlub oldu
HƏMAS ikinci qrup girovların siyahısını sabah İsrailə təhvil verəcək
Türkiyədə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb
NATO-nun müdafiə nazirləri Brüsseldə görüşəcək
Elnur Məmmədov Pakistan XİN rəhbəri ilə görüşüb
Tramp Putinlə görüşmək istəyini bəyan edib
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb