http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Ötən illərdən bağlı qalmış 17 qəsdən adam öldürmə cinayəti açılıb

27 Yanvar 2023 , 10:26
Ötən illərdən bağlı qalmış 17 qəsdən adam öldürmə cinayəti açılıb

Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2022-ci ildə fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirmişdir ki, 2022-ci ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 17 cinayət işinin açılması təmin edilmişdir. Onlardan 14 iş üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, digərləri üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd olunub ki, 1 may 2020-ci il tarixdən hazırkı vaxtadək əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 27 qəsdən adam öldürmə cinayəti açılmışdır (onlardan 24-ü məhkəməyə göndərilməklə 15 iş üzrə ittiham hökmü çıxarılmış, digərləri məhkəmə baxışındadır)

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu