Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2022-ci ildə fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilir.
Baş Prokurorluqdan "Operativ Media"ya verilən məlumata görə, Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirmişdir ki, 2020-ci ilin noyabr ayından mina və hərbi sursat partlayışları nəticəsində 46 nəfər həlak olmuş, 233 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.