http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Sahil Babayev Şirvanda vətəndaşları qəbul edib

27 Yanvar 2023 , 14:59
Sahil Babayev Şirvanda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində həmin şəhərin və Hacıqabul rayonunun sakinlərini qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı müraciət edənlər arasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Onların sosial vəziyyətləri öyrənilib, müraciətləri ilə əlaqədar müvafiq sosial dəstək tədbirlərinin görülməsi təmin edilib.

Həmçinin digər vətəndaşların müraciətləri fərdi qaydada araşdırılaraq nəticəsinə əsasən tədbirlər görülüb. Müraciətlər əsasən pensiya və ünvanlı sosial yardım, müavinət, əlillik, reabilitasiya xidmətlərinə, özünüməşğulluq və digər aktiv məşğulluq proqramlarına cəlbedilmə, mənzillə təminat və s. məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətləri nəzərə alınaraq onların aktiv məşğulluq proqramlarına (özünüməşğulluq, ictimai işlər, peşə hazırlığı), sosial və reabilitasiya xidmətlərinə, sosial dəstək tədbirlərinə cəlb olunmaları üçün qeydiyyatı aparılıb.

Bir sıra müraciətlər sorğu xarakterli olub və bununla bağlı vətəndaşlara müvafiq mövzularda ətraflı izahatlar verilib.

OXŞAR XƏBƏRLƏR
Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq

Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu