Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin Zəlzələ İdarəsi məlumat yayıb.
Zəlzələ Tibet Muxtar Vilayətinin Şiqatse prefekturasının Tinqri dairəsində qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Bu zəlzələ eyni ərazidə 4,9 bal gücündə təkandan sonra baş verib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Bundan əvvəl yanvarın 7-də Çinin Tibet Muxtar Vilayətinin Şiqatse mahalı ərazisində 6,8 bal gücündə zəlzələ baş verib, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Son məlumatlara görə, zəlzələ nəticəsində 126 nəfər ölüb, 61,5 min nəfər xəsarət alıb.
18:00
Çinin cənub-qərbində, Nepal sərhədində yerləşən Tibet Muxtar Rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 8,7 min əhalisi olan Nepal şəhəri Lobuçedən 83 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı isə 10 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Xatırladaq ki, yanvarın 7-də Çin-Nepal sərhədində 7,1 maqnitudalı zəlzələ baş verib. Nəticədə 126 nəfər həlak olub, 61,5 min nəfər xəsarət alıb.
Teqlər:
"\u00c7ind\u0259 yenid\u0259n z\u0259lz\u0259l\u0259 ba\u015f verib - YEN\u0130L\u018fN\u0130B"