Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 12 faiz artıb
Əziz Əzizli
2024-cü ilin yanvar-dekabr ayları ərzində yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 24 milyard 541,3 milyon manatdan çox olub ki, bu da 2023-cü illə müqayisədə 2,6 milyard manat və ya 12 faiz çoxdur.
Bu barədə "Operativ Media" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, indiyədək ölkə ərazisində 104.019 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyələrə nəzarətin təmin edilməsinə imkan yaradıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net