Menyu

Polis Nərimanovda əməliyyat keçirib, saxlanılanlar var

Nərmin Qocamanlı
Polis Nərimanovda əməliyyat keçirib, saxlanılanlar var

Nərimanov Rayon Polis İdarəsinin və ərazi Polis Şöbələrinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, odlu silah-sursatın əməliyyat və profilaktik tədbirlərlə aşkar edilməsi istiqamətində əməliyyatlar keçiriblər.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətindən bildirilib.

Tədbirlərlə 40 yaşlı Danial Alıyev, 35 yaşlı Nizami Bayramov, tanışı 34 yaşlı Nicat Əlizadə, 37 yaşlı Cəlil İsmayılov və narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 7 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 11 kiloqram tiryək, marixuana, metamfetamin, 100 ədəd psixotrop tərkibli təsiredici həb aşkar olunaraq götürülüb. Nizami Bayramov, Nicat Əlizadə və Cəlil İsmayılovdan əlavə olaraq 1 ədəd “AKM” markalı avtomat, 1 ədəd “Makarov” tapançası, 8 ədəd patron və patron darağı da aşkar edilib.
Bu şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarının vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Bundan başqa Nərimanov rayonunda aparılan profilaktik tədbirlər zamanı 1 ədəd “Kalaşnikov” avtomatı tapılıb və vətəndaşlarda saxlanılan 6 ədəd tüfəng könüllü olaraq polisə təhvil verilib.

Teqlər:

"Polis N\u0259rimanovda \u0259m\u0259liyyat ke\u00e7irib saxlan\u0131lanlar var"

Əlaqəli Xəbərlər