Menyu

Xəzər dənizində itkin düşən balıqçıların axtarışına helikopter cəlb olunub

Xəzər dənizində itkin düşən balıqçıların axtarışına helikopter cəlb olunub
1 dəq oxu

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar - 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilir. 

Bu barədə "Operativ Media"ya FHN-dən məlumat verilib. 

Axtarış arealının genişləndirilməsi və axtarışların intensivliyinin artırılması məqsədilə  Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri də Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış-xilasetmə əməliyyatına cəlb edilib. 

Əlavə məlumat veriləcək.

Əlaqəli Xəbərlər