Menyu

Lənkəranda avtomobil yaşlı qadını vurub

Əsəd Abbaslı
Lənkəranda avtomobil yaşlı qadını vurub

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.

Hərəkətdə olan nəqliyyat vasitəsi piyada 1965-ci il təvəllüdlü Gülnarə Nəhmət qızı Qasımovanı vurub. G.Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılya zəruri ilkin tibbi yardım göstərilib və müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər