16 Yanvar 2025, 11:43
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyinatlar olub
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə tədris və tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə yeni təyinatlar olub.
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyinatlar olub şəkil
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə yeni təyinatlar olub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 16 yanvar tarixli əmri ilə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecə Xudiyeva Xoşqədəm Vidadi qızı tədris işləri üzrə, Quliyev Aslan Ələddin oğlu isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, X.Xudiyevaya həm də kollecin direktoru vəzifəsi həvalə edilib.

Xoşqədəm Quliyeva Gəncə şəhər 17 nömrəli tam orta məktəbdə təhsil alıb, daha sonra Gəncə Dövlət Universitetində “İngilis dili” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib. 2022-2024-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramını müvəffəqiyyətlə başa vurub. O, 2010-2024-cü illərdə müxtəlif regionlarda, o cümlədən Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub və Azərbaycan Respublikasının Təhsil İnstitutunda fəaliyyət göstərib.

Aslan Quliyev ümumi təhsilinə Gəncə şəhər 18 saylı tam orta məktəbdə başlayıb, daha sonra isə Gəncə Özəl Türk liseyini fərqlənmə attestatı ilə bitirib. O, 2011-ci ildə Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda ADPU-nun Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. 2017-2024-cü illərdə müxtəlif regionlarda, o cümlədən Gəncə və Bakı şəhərlərində yerləşən məktəb və liseylərdə pedaqoji fəaliyyətlə məşğul olub. 2021-2023-cü illərdə Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator, daha sonra icraçı direktor, 2023-cü ildə Avropa Azərbaycan Məktəbində tədris üzrə müdir müavini kimi çalışıb.

Son xəbərlər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb