Bakıda yeni parkın abadlaşdırılmasına ayrılan vəsait açıqlanıb
Əziz Əzizli
Bakının Yasamal rayonunda Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırılmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
"Operativ Media" xəbər verir ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin elan etdiyi satınalma başa çatıb.
“Vest LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanan müqaviləyə əsasən, Mərkəzi parkın davamı və ətraf ərazilərin abadlaşdırılmasına 37 milyon 230 min manat sərf olunacaq.
Görüləcək işlər çərçivəsində ümumi sahəsi 36 min 658 kubmetr təşkil edən binaların uçurulma metodu ilə sökülməsi (kərpic, isidilən binaların) nəzərdə tutulur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net