Menyu

Bakıda 6 kq çəkidə körpə doğulub

Nərmin Qocamanlı
Bakıda 6 kq çəkidə körpə doğulub
1 dəq oxu

Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib.

KTM-dən "Operativ Media"ya verilən məlumata görə, 10.01.2025-ci il saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib. Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iri çəkili uşaq hesab olunur.

Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub.

Hazırda körpənin və ananın vəziyyəti stabil qiymətləndirilir.

Əlaqəli Xəbərlər