Menyu

Hövsanda dəniz kənarında avtomat aşkarlanıb

Nərmin Qocamanlı
Hövsanda dəniz kənarında avtomat aşkarlanıb
1 dəq oxu

Suraxanı rayonunun Hövsan qəsəbəsində odlu silah tapılması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat, daraq və 29 ədəd patron aşkarlanaraq götürülüb.

Aşkar olunmuş silah-sursat müvafiq ekspertizaya göndərilib. 


Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər