Ana səhifə / Dünya / Husilər İsrail şəhərlərinə zərbələr endirib Husilər İsrail şəhərlərinə zərbələr endirib 17.01.2025, 19:50 Əsəd Abbaslı Yəməndəki husi üsyançıları İsrailin Tel-Əviv, Aşkelon və Eylat şəhərlərində müəyyən obyektlərə zərbələr endirib. "Operativ Media" xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib. O bildirib ki, husi qüvvələri İsrailin cənubundakı Eylat şəhərində yerləşən həyati əhəmiyyətli hədəfləri məhv etmək üçün hərbi əməliyyat keçirib. Sərianın sözlərinə görə, hücum qanadlı üç raketdən istifadə edilməklə həyata keçirilib. O, həmçinin qeyd edib ki, üsyançılar 4 PUA-dan istifadə etməklə İsrailin Tel-Əviv və Aşkelondakı hədəflərinə hücum edib. Teqlər: "Husil\u0259r \u0130srail \u015f\u0259h\u0259rl\u0259rin\u0259 z\u0259rb\u0259l\u0259r endirib"