Menyu

Rusiya və İran kəşfiyyat xidmətləri əməkdaşlığını gücləndirir

Əsəd Abbaslı
Rusiya və İran kəşfiyyat xidmətləri əməkdaşlığını gücləndirir

Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində hər iki ölkənin kəşfiyyat xidmətləri qarşılıqlı fəaliyyət səviyyəsini yüksəldəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan sazişin mətnində deyilir.

Sənəddə deyilir: “Milli təhlükəsizliyi gücləndirmək və ümumi təhdidlərə qarşı çıxmaq məqsədilə razılığa gələn Tərəflərin kəşfiyyat və təhlükəsizlik xidmətləri məlumat və təcrübə mübadiləsi aparacaq və əməkdaşlıq səviyyəsini yüksəldəcək”.

Xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyət ayrıca müqavilələr əsasında həyata keçiriləcək.

Rusiya və İranın kəşfiyyat xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi milli təhlükəsizliyin gücləndirilməsinə və terrorizm, ekstremizm və kütləvi qırğın silahlarının yayılması kimi ümumi təhdidlərə qarşı mübarizəyə yönəlib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər