Menyu

Daşkəsəndə qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Daşkəsəndə qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, keçirilən müvafiq tədbirləri nəticəsində rayon sakinləri Məzahir Məmmədov və Zaman Verdiyevdən müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Aşkar edilən müxtəlif marka və kalibrli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Bununla da şöbə əməkdaşlarının cari ilin müvafiq dövrü ərzində keçirdikləri tədbirlər ümumilikdə 8 ov silah və digər döyüş sursatları aşkarlanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər