Menyu

Qəzzada atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək

Qəzzada atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minəcək

Fələstinin Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-da yerli vaxtla saat 8:30-da qüvvəyə minəcək.

“Operativ Media” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid əl-Ənsari "X" sosial şəbəkəsindəki mikrobloqunda məlumat verib.

"Tərəflər və vasitəçilər arasında əldə olunmuş razılığa əsasən, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-u Qəzza vaxtı ilə səhər saat 8:30-da qüvvəyə minəcək", - o qeyd edib.

Teqlər:

"Q\u0259zzada at\u0259\u015fk\u0259s raz\u0131la\u015fmas\u0131 yanvar\u0131n 19-da q\u00fcvv\u0259y\u0259 min\u0259c\u0259k"

Əlaqəli Xəbərlər