Ana səhifə / Dünya / İsrailin mərkəzi rayonlarında həyəcan təbili çalınıb İsrailin mərkəzi rayonlarında həyəcan təbili çalınıb 18.01.2025, 15:22 İsrailin mərkəzi rayonlarından raket təhlükəsi ilə əlaqədar hava həycan təbili çalınıb. "Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, həyəcan siqnalları eyni zamanda Tel-Əvivin şəhərkənarı ərazilərində eşidilib. İsrailin ordusunun mətbuat xidmətinə görə, həyəcan təbilinin çalınmasına səbəb Yəməndən buraxılmış raket olub. İsrail hava hücumundan müdafiə sisteminin raketi səmada dəf etdiyi bildirilir. Hücumun təfsilatları barədə məlumat yoxdur. Teqlər: "\u0130srailin m\u0259rk\u0259zi rayonlar\u0131nda h\u0259y\u0259can t\u0259bili \u00e7al\u0131n\u0131b"