Menyu

Tramp ABŞ-da TikTok-a qadağanı təxirə salacaq - YENİLƏNİB

Əsəd Abbaslı
Tramp ABŞ-da TikTok-a qadağanı təxirə salacaq - YENİLƏNİB

ABŞ-ın yeni Prezidenti Donald Trampın ilk sərəncamlarından biri TikTok-la bağlı olacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Donald Tramp paylaşımında bildirib.

Donald Tramp bəyan edib ki, 20 yanvarda ABŞ-da TikTok-a qadağanın təxirə salınması barədə sərəncam imzalayacaq.

Qeyd edək ki, bu gün ABŞ-da “TikTok” bağlanıb. ABŞ-da 170 milyona yaxın istifadəçi auditoriyası olan xidmət dövlət rəsmilərindən fəaliyyətini davam etdirməyin cərimələrlə nəticələnməyəcəyinə dair heç bir zəmanət almadığı üçün bu ölkədə fəaliyyətini dayandırıb.

09:06

"TikTok" sosial şəbəkəsi artıq ABŞ ərazisində əlçatan deyil.

"Operativ Media" xəbər verir ki, sosial şəbəkə müvafiq qanunun qüvvəyə minməsindən bir neçə saat əvvəl öz fəaliyyətini dayandırıb.

Hazırda ABŞ-da mobil tətbiqə daxil olmaq istəyənlər bu bildirişlə qarşılaşırlar: “ABŞ-də “TikTok”un qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də siz, “TikTok”dan istifadə edə bilməzsiniz”.

Teqlər:

"Tramp AB\u015e-da TikTok-a qada\u011fan\u0131 t\u0259xir\u0259 salacaq - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər