19 Yanvar 2025, 13:30
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib.
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib şəkil
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib

Qəzza zolağında təxirə salınan atəşkəs Bakı vaxtı ilə 13:15-də qüvvəyə minib.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisi azad edilməli olan girovların siyahısını aldıqdan sonra məlumat yayıb.

Qeyd edək ki, İsrail və HƏMAS arasında razılaşma yanvarın 16-da axşam Dohada əldə edilib.

Sazişin bağlanması üzərində ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff, Ağ evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk, habelə Qətər və Misir vasitəçiləri işləyiblər.

10:39

Qəzza zolağında planlaşdırılan atəşkəs Fələstinin “HƏMAS” hərəkatı azad ediləcək girovların siyahısını İsrailə təqdim etməyənə qədər başlamayacaq.

"Operativ Media"xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildirilib.

“Ynet” portalının məlumatına görə, “HƏMAS” Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bu gün mübadilə zamanı azad edilməsi planlaşdırılan girovların siyahısının İsrailə verilməsini təxirə salıb.

Bu, texniki səbəblərlə əlaqələndirilir.

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin hələ də girovların siyahısını almadığını təsdiqləyib. Onun sözlərinə görə, Təl-Əviv azad ediləcək girovların siyahısını alana qədər Qəzza razılaşması çərçivəsində irəliləmək niyyətində deyil.

Fələstinin “HƏMAS” hərəkatı Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində azad etməyi planlaşdırdığı girovların siyahısını İsrailə təhvil vermədiyini təsdiqləyib.

Müvafiq bəyanat radikalların teleqram kanalında dərc olunub. “Həmas atəşkəs razılaşmasının şərtlərinə əməl etdiyini təsdiqləyir, lakin qeyd edir ki, girovların siyahısının verilməsində gecikmə texniki səbəblərlə bağlıdır”, - sənəddə deyilir.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil