19 Yanvar 2025, 17:05
İsraildə üç nazir istefa verib - YENİLƏNİB
Üç nazir “HƏMAS” ilə əldə olunan atəşkəs razılaşmasına etiraz olaraq istefa veriblər.
İsraildə üç nazir istefa verib - YENİLƏNİB şəkil
İsraildə üç nazir istefa verib - YENİLƏNİB

İsraildə ifrat sağçı Otzma Yehudit partiyasından olan üç nazir “HƏMAS” ilə əldə olunan atəşkəs razılaşmasına etiraz olaraq istefa veriblər.

"Operativ Media" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, İsrailin irs naziri Negev, Qaliley və milli davamlılıq naziri Yitzhak Vasserlauf istefa ərizəsini yazıblar.

Qeyd edək ki, yanvarın 19-u səhər saatlarında İsrail hakimiyyəti saat 11:15-dən (Bakı vaxtı ilə 13:15) atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.

13:19

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzada atəşkəs razılaşmasına görə Baş nazir Benyamin Netanyahunun kabinetindən istefa verib.

"Operativ Media" xəbər verir ki, Ben-Qvir daha əvvəl razılaşmanı HAMAS-a təslim olmaq sayaraq tənqid edib və təsdiqlənəcəyi təqdirdə istefa verəcəyini bildirmişdi.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil