Menyu

Fitso: Zelenskinin qulluqçusu olmaq fikrim yoxdur

Əsəd Abbaslı
Fitso: Zelenskinin qulluqçusu olmaq fikrim yoxdur

Slovakiyanın baş naziri Robert Fitso Ukrayna prezidenti Volodimir Zelenskinin qulluqçusu olmayacağını bildirib və Avropa İttifaqından Kiyevə yeni maliyyə yardımına veto qoymağa hazır olduğunu deyib.

"Operativ Media" xəbər verir ki, o bu barədə "Facebook"da yazıb. 

“Prezident Zelenski hesab edir ki, hər kəs onun xidmətçisi olmalıdır. Mənim vəziyyətimdə oxu daşa dəydi. Robert Fitso Slovakiyanın baş naziridir, Ukrayna qulluqçusu deyil”, - deyə o yazıb.

O, Ukraynanın Avropaya qaz tranzitini dayandırdığı üçün Aİ-dən Kiyevə yeni maliyyə yardımına veto qoymağa hazır olduğunu qeyd edib.

Teqlər:

"Fitso: Zelenskinin qulluq\u00e7usu olmaq fikrim yoxdur"

Əlaqəli Xəbərlər