Menyu

Pezeşkian: ABŞ bütün dünya üzərində nəzarətə can atır

Əsəd Abbaslı
Pezeşkian: ABŞ bütün dünya üzərində nəzarətə can atır

ABŞ bütün dünya üzərində birqütblülük və nəzarətə can atır, Rusiya və İranı bu yanaşma qane etmir.

"Operativ Media" xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində deyib.

“ABŞ birqütblü olmağa çalışır, onlar hesab edir ki, bütün dünya onların nəzarəti altında olmalı, məqsəd və istəklərinə uyğun hərəkət etməlidir. Təbii ki, bu yanaşma Rusiyanı qane etmir. Rusiya kimi bir ölkənin başqalarının onun üçün qərar qəbul etdiyi, ancaq onun üçün nəzərdə tutulmuş planları həyata keçirən belə bir çərçivəyə düşəcəyini təsəvvür etmək mümkün deyil”, - Pezeşkian bildirib.

Teqlər:

"Peze\u015fkian: AB\u015e b\u00fct\u00fcn d\u00fcnya \u00fcz\u0259rind\u0259 n\u0259zar\u0259t\u0259 can at\u0131r"

Əlaqəli Xəbərlər