Menyu

Mixail Kavelaşvili 600-dən çox məhbusu əfv edib

Əsəd Abbaslı
Mixail Kavelaşvili 600-dən çox məhbusu əfv edib

Gürcüstan prezidenti Mixail Kavelaşvili konstitusion rəsmi səlahiyyətləri çərçivəsində 600-dən çox məhbusu əfv edib.

"Operativ Media" xəbər verir ki, Kavelaşvili bu barədə sosial şəbəkədə yazıb. 

“Rəbbin zühuru pravoslav xristian bayramı ilə əlaqədar olaraq, mən konstitusiya səlahiyyətlərimdən istifadə edərək 613 məhbusu əfv etdim. Əfv olunan məhbuslara ailələrinə qayıtmaq və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı verilir", - deyə Kavelaşvili qeyd edib.

O, əfv fərmanının hansı kateqoriya məhbuslara şamil edildiyini açıqlamayıb.

Teqlər:

"Mixail Kavela\u015fvili 600-d\u0259n \u00e7ox m\u0259hbusu \u0259fv edib"

Əlaqəli Xəbərlər