20 Yanvar 2025, 15:06
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
Donald Tramp enerji ilə bağlı fövqəladə vəziyyət elan edə bilər.
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər şəkil
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp enerji hasilatını artırmaq və Bayden administrasiyası tərəfindən sənayeyə tətbiq edilən çoxsaylı ekoloji məhdudiyyətləri aradan qaldırmaq üçün vəzifəyə gəldikdən sonra verdiyi ilk qərarlardan biri kimi enerji ilə bağlı fövqəladə vəziyyət elan edə bilər.

“Operativ Media” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələr bildiriblər ki, Tramp federal mülkiyyətdə olan torpaqlarda yeni neft və qaz yataqlarının işlənilməsi yolu ilə karbohidrogen hasilatını əhəmiyyətli dərəcədə artırmaq üçün xüsusi prezident səlahiyyətlərindən istifadə edə bilər.

Seçilmiş prezident Baydenin yeni mayeləşdirilmiş təbii qaz ixracı lisenziyalarına moratoriumunu qaldıra, nəqliyyat vasitələrinin çirklənməsini məhdudlaşdıran və yanacağa qənaət tələblərini müəyyən edən hökumət qaydalarını geri qaytara və amerikalıların elektrikli avtomobillərə keçməsi üçün hökumətin stimullarını aradan qaldıra bilər.

Energetika sahəsində fövqəladə vəziyyətin elan edilməsi Trampa adətən qasırğalara, terror hücumlarına və digər gözlənilməz hadisələrə operativ reaksiya göstərmək üçün istifadə olunan 150 tədbirə çıxış imkanı verə bilər.

“Onlar bütün enerji zəncirinə təsir edə bilər - neft yataqlarından tutmuş avtomobil satışı həyata keçirilən salonlara qədər”, - agentliyin müşahidəçiləri qeyd edirlər. Bundan əlavə, “The Washington Post” qəzeti mənbələrə istinadən Trampın Alyaskadakı Arktika Milli Vəhşi Təbiət Parkında neft və qaz hasilatına qoyulan məhdudiyyətləri aradan qaldırmaq niyyətini təsdiqləyir.

Seçki kampaniyası zamanı Tramp dəfələrlə bəyan edib ki, qalib gələrsə, ABŞ-nin dünyada enerji dominantlığına nail olması üçün əlindən gələni edəcək. Bu da ABŞ-də enerji hasilatının artması və ölkənin qlobal enerji ixracındakı payının artması deməkdir.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil